Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2024 10:15
"Ağsaqqal" kimi ölkədə məşhurlaşan aktyor Azər Baxşəliyev yenidən əməliyyat olunacaq.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "İncə səhər" verilişində məlumat verib
Azər bildirib ki, ona əməliyyat yolu ilə böyrək köçürüləcək:
"Az qalıb, həll olunmalıdır. Böyrəyimdə problem var idi, əməliyyat olunmuşdum. Son günlər həmin problem yenidən yarandı. Bu dəfə də əməliyyata gedəcəyəm. Bu, son olacaq. Böyrək köçürülməsi olunacaq".
Qeyd edək ki, Azər illərdir böyrək çatışmazlığından əziyyət çəkir. O, bir müddət əvvəl donor axtardığını deyib.