Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə zirehli maşın AŞDI - 10 əsgər yaralanıb

Türkiyədə zirehli maşın AŞDI - 10 əsgər yaralanıb

Tarix: 31 Oktyabr 2024 10:44

Türkiyənin Şırnak vilayətində, Şırnak-Cizre köhnə avtomobil yolunda zirehli transportyorun aşması nəticəsində 10 əsgər yaralanıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Şırnak-Cizrə köhnə magistral yolunun Kasrik Koçbey kəndi yaxınlığında zirehli transportyor yoldan çıxaraq aşıb.

Hadisə yerinə təcili tibbi yardım, xilasetmə, yanğınsöndürən və jandarma qrupları yönəldilib. Qəza nəticəsində 10 əsgərin yaralandığı bildirilir.

Yaralı əsgərlərin həyati təhlükəsinin olmadığı bildirilir.


Etiketlər:  Türkiyədə zirehli maşın AŞDI əsgər yaralanıb


RƏYLƏR