Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2024 16:42
"Biz Türkiyənin Ukrayna böhranının həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndiririk".
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Hürriyet" qəzetinə müsahibəsində deyib.
"2022-ci ilin yazında Türkiyə tərəfi İstanbulda Kiyev nümayəndələri ilə məsləhətləşmələr üçün platforma təqdim etdi və Taxıl Sazişinin imzalanmasına töhfə verdi. İstanbuldakı danışıqlar Vladimir Zelenskiyə münaqişəni dayandıra və iştirak edən tərəflərin maraqlarının balansını təmin edə biləcək sazişlər bağlamağı qadağan edən anqlo-saksonlar tərəfindən əngəlləndi", - Lavrov bildirib.
XİN başçısı qeyd edib ki, Rusiya siyasi həll yoluna açıqdır: "Lakin biz müvəqqəti atəşkəsdən deyil, münaqişəni onun köklü səbəblərini aradan qaldırmaqla sona çatdırmaqdan danışmalıyıq. Bunlara NATO-nun şərqə doğru genişlənməsi, Rusiyanın həyati təhlükəsizlik maraqlarına təhdidlər yaradılması, Kiyev rejiminin rusların və Ukraynanın rusdilli sakinlərinin hüquqlarını pozması daxildir".
Lavrov hazırda Ukraynanın planlarında sülhün yer almadığını iddia edib: "Bu ilin iyununda prezident Vladimir Putinin irəli sürdüyü sülh təşəbbüsünə Ukraynanın cavabı Kurska hücum oldu. Ukrayna Silahlı Qüvvələri Kursk vilayətini ələ keçirərək, digər sərhədyanı rayonlardakı hədəflərə hava zərbələri endirib".