Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2024 07:22
Ermənistanda klublar və azarkeşlər Ermənistan Futbol Federasiyasının rəhbərliyini istefaya səsləyib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Federasiya prezidenti Armen Melikbekyanın istefası ilə bağlı tələb "Pyunik" və "Urartu" klubları tərəfindən irəli sürülüb. Daha sonra "Şirak" klubu da bu aksiyaya qoşulub.
Etirazlar ölkə çempionatında da nümayiş etdirilib. Belə ki, fanatlar "Noa" - "Urartu" matçının 13-cü dəqiqəsində pankartlar və fakellərlə meydana daxil olaraq futbol qurumuna qarşı şüarlar səsləndiriblər.
Nəticədə oyun yarımçıq dayandırılıb. Bir müddət sonra matç yenidən davam edib.
Qeyd olunub ki, Federasiyaya qarşı ilk etirazlar Ermənistan millisinin evdə UEFA Millətlər Liqası matçında Şimali Makedoniyaya (0:2) uduzmasından sonra baş verib. Bu, baş məşqçisi Aleksandr Petrakov vəzifəsindən uzaqlaşdırılmasına səbəb olub.