Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2024 09:30
"Rusiya Vaşinqtonun təklif etdiyi modeldən imtina etdiyi andan ABŞ ilə münasibətlər pisləşməyə başlayıb".
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Russia Today" (RT) televiziyasına müsahibəsində deyib.
"Bizə belə bir model təklif edildi: "Bizimlə yaxşı münasibət qurmaq istəyirsizsə, sizə dediyimizi etməlisiz". Onda biz qərara gəldik ki, bu qədər bəsdir. Bu, Rusiya Federasiyasının maraqlarına uyğun deyildi, biz amerikalılarla mübahisə etməyə başladıq", - Medvedev bildirib.
Onun sözlərinə görə, Rusiya ilə ABŞ arasında ilk ciddi fikir ayrılıqları 2008-ci ildə Gürcüstanda baş verən münaqişə səbəbindən yaranıb.