Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2024 14:40
Dünən İranın ali rəhbərinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi İsrailin hücumlarına cavab olaraq deyib ki, Tehran Təl-Əvivə uyğun vaxtda və lazımi şəkildə cavab verəcək.
Sonxeber.net xəbər verir ki, "Azad İran" "Telegram" kanalı bu barədə "Əl-Məyadin"ə istinadən xəbər yayıb.
"İran üçün təhlükə yaranarsa, nüvə doktrinasında dəyişiklik hələ də mümkündür. Nüvə silahı istehsal etmək üçün texniki imkanlarımız var və bizi dayandıran yeganə maneə ölkənin ali rəhbərinin fətvasıdır", - deyə Xərrazi vurğulayıb.
O, İranın raket siyasətində dəyişikliklərə də toxunub.
Xameneinin müşaviri əlavə edib ki, İran raketlərin uçuş məsafəsini artırmaqla raket proqramını da genişləndirəcək.