Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2024 21:40
Əməkdar artist Rəşad İlyasovun həyat yoldaşı Gülnarə İlyasova ilə necə tanış olmalarından danışıb.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, bu barədə o, "Elgizlə izlə" verilişində bildirib.
Gülnarə İlyasova 50 yaşı tamam olan həyat yoldaşını təbrik edərək tanışlıq hekayəsini bölüşüb. Onun sözlərinə görə, Rəşad onu ilk dəfə rəfiqəsinin toyunda görüb və görüşmə təklifi göndərib. Daha sonra aralarında sevgi münasibəti yaranıb.
Qeyd edək ki, Gülnarə İlyasova tanınmış həkim-pediatrdır. Onların bir oğul və bir qız övladı var.