Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada partiya sədrinin babası faşist çıxdı

Almaniyada partiya sədrinin babası faşist çıxdı

Tarix: 3 Noyabr 2024 10:54

Sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının həmsədri Alis Veydelin babası Hans Vaydel SS (hərbiləşdirilmiş faşist polisi) bölməsində xidmət edib, eyni zamanda İkinci Dünya Müharibəsi zamanı hakim vəzifəsində çalışıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti arxiv sənədlərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, baba Vaydel SS-ə 1933-cü ilin yanvarında qoşulub.

Qəzet yazır ki, 1941-ci ilin martında Vaydel "hərbi hakim kimi təhsil almaq" üçün Varşavaya gedib. Dörd ay sonra o, Varşava hərbi komendantlığının məhkəməsində hakim kimi çalışıb.

Qəzet bildirir ki, bununla belə, Vaydeli dəlil çatışmazlığı səbəbindən məsuliyyətə cəlb etmək mümkün olmayıb.


Etiketlər:  Almaniyada partiya sədrinin babası faşist çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ