Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2024 15:22
2024-cü ilin iyul-sentyabr aylarında Türkiyənin turizmdən gəliri 23 milyard 219 milyon dollar olub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə məlumatı Türkiyə Statistika Komitəsi (TÜİK) yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% çoxdur.
2024-cü ilin iyul-sentyabr aylarında turizm xərcləri isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,5% azalaraq, 1 milyard 874 milyon dollar təşkil edib.