Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-nin ''peyğəmbər''ləri səs verdilər

ABŞ-nin ''peyğəmbər''ləri səs verdilər

Tarix: 6 Noyabr 2024 09:54

ABŞ-nin hazırkı vitse-prezidenti və Demokratlar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Kamala Harris Quam adasında keçirilən səsvermədə Respublikaçılar Partiyasından olan rəqibi, Ağ Evin keçmiş rəhbəri Donald Trampı məğlub edib. Quam adası Birləşmiş Ştatların qeyri-korporativ mütəşəkkil ərazisidir və "peyğəmbərlik bölgəsi" adlanır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

"Bütün seçki məntəqələrinə görə, Harris Trampı 49,46% - 46,22% nəticə ilə məğlub edib", - nəşr yazır.

Nəşr izah edib ki, 2004-cü ildən ABŞ-nin ixtiyarında olan Quam adasında səsvermənin nəticələri hər prezident seçkisinin qalibini düzgün proqnozlaşdırıb.

Qəzet vurğulayır ki, səslərin hesablanması zamanı bu bölgədə səsvermənin nəticələri nəzərə alınmasa da, politoloqlar və sosioloqlar üçün mühüm rol oynayır.


Etiketlər:  ABŞ peyğəmbərləri səs verdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ