Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə ABŞ ilə birləşəcək

Bu ölkə ABŞ ilə birləşəcək

Tarix: 7 Noyabr 2024 10:36

Puerto-Riko sakinlərinin yarıdan çoxu adanın statusu ilə bağlı referendumda ABŞ-yə ştat kimi qoşulmağa səs verib.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə yerli "El Nuevo Día" qəzeti məlumat yayıb.

Səslərin 91,35%-i işləndikdən sonra məlum olub ki, Puerto-Rikalıların 56,82%-i ABŞ-ın tərkibinə daxil olmağın, 30,85%-i müstəqilliyin, daha 12,33%-nin isə hazırkı statusunun saxlanmasının tərəfdarı olub.

Puerto Riko, Karib dənizində Amerika Birləşmiş Ştatlarının qeyri-korporativ ərazisi olan ada dövlətidir. Bu o deməkdir ki, ada ABŞ-a məxsusdur, lakin formal olaraq ölkənin bir hissəsi hesab edilmir. Puerto Rikonun öz qubernatoru və qanunverici orqanı kimi özünüidarəetmə institutları var, lakin Vaşinqtonda Amerika qanunlarına və hökumətinə tabedir . Adanın sakinləri Amerika vətəndaşlığına malikdirlər, lakin prezident seçkilərində səs verə bilməzlər.


Etiketlər:  ölkə ABŞ ilə birləşəcək


RƏYLƏR