Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2024 13:00
Cənubi Qafqazda vəziyyətin yaxşılaşması üçün ilkin şərtlər mövcuddur, lakin Qərb ölkələri öz maraqlarına uyğun hərəkət edərək buna mane olur.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu RF Təhlükəsizlik Şurasının rəhbəri Sergey Şoyqu MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuralarının katiblərinin 12-ci görüşündə bildirib.
"Vəziyyətin yaxşılaşması üçün ilkin şərtlər var, lakin buna çirkin məqsədlərlə hərəkət edən xarici oyunçular, ilk növbədə, Qərb ölkələri mane olur", - o qeyd edib.
S.Şoyqunun sözlərinə görə, bu, regional problemlərin regional həllərə ehtiyacı olduğu tezisini təsdiqləyir.