Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qadınlar daha tez qocalır, çünki... - Araşdırma

Bu qadınlar daha tez qocalır, çünki... - Araşdırma

Tarix: 10 Noyabr 2024 06:51

Ana olan qadınların hüceyrələrinin ana olmayanlarla müqayisədə 11 il daha sürətli yaşlandığı üzə çıxıb.

Sonxeber.net Sfera.az-a istinadən xəbər verir ki, bu barədə "New Scientist" dərgisində məqalə dərc edilib.

Tədqiqatda 1999-2002-ci illər arasında əldə olunan sağlamlıq göstəriciləri üzərində təcrübə aparılıb. Bildirilib ki, hüceyrələrin yaşını müəyyənləşdirmək üçün xromosomların uc hissəsində yerləşən telomer adlı molekulyar bölgənin uzunluğuna baxılır. Telomerlərin uzunluğu nə qədər çox olarsa, hüceyrə bir o qədər sağlam və cavandır. Daha qısa telomerlər isə xərçəng, ürək-damar sistemi xəstəlikləri ilə əlaqələndirilir.

Yeni aparılan tədqiqata görə, ən azı 1 uşaq doğan qadınlarda telomerlərin uzunluğu heç uşağı olmayanlarla müqayisədə 4,2 % daha qısadır.


Etiketlər:  qadınlar daha qocalır çünki Araşdırma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ