Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2019 14:48
Bakı. Nərgiz İsmayılova - Trend:
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri böyük iqtisadi potensiala malikdir və dünya bazarında vacib yerlər tuta bilər.
Trend-in məlumatına görə, bunu İƏT-in baş katibinin müavini Seyid Yəhya Mohlagi İƏT kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən iclasında deyib.
O bildirib ki, bəzi İƏT ölkələrində kənd təsərrüfatı sahəsi kifayət qədər inkişaf etməyi, ərzaq problemlərinin artımı müşahidə olunur, bununla əlaqədar olaraq hökumətlər kənd təsərrüfatının rolunu artırmalıdır:
“Regionda kənd təsərrüfatının inkişafı üçün müvafiq texnologiyalar tətbiq etmək, kənd yerlərində investisiyaları artırmaq, torpağın deqradasiyasının qarşısının alınması üçün tədbirlər görmək lazımdır. Bizim gələcək layihələrimiz maliyyə-texniki planlaşdırmaya əsaslanmalıdır. Əminəm ki, birgə işləyərək kənd təsərrüfatının sürətli inkişafına nail olacağıq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin