Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqanın son turu nadir hadisə ilə əlamətdar olub

Premyer Liqanın son turu nadir hadisə ilə əlamətdar olub

Tarix: 11 Noyabr 2024 11:32

Premyer Liqanın XIII turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub.

Sonxeber.net Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Kəpəz"in futbolçusu Orxan Əliyev "Sabah"la qarşılaşmada həm rəqib, həm də öz qapısına qol vurub. O, 4-cü dəqiqədə hesabı açsa da, 28 dəqiqə sonra bərabərlik gətirən avtoqolun da müəllifi olub.

Premyer Liqada sonuncu belə hadisə təxminən ilyarım əvvəl qeydə alınıb. 2023-cü il mayın 2-də keçirilmiş "Neftçi" - "Qarabağ" görüşündə (2:4) Mateus Saldanya 40-cı dəqiqdə qonaqların, 15 dəqiqə sonra öz komandasının qapısına yol tapıb.

Son 5 ildə isə 3-cü dəfə belə hadisə yaşanıb. Saldanya və Əliyevdən öncə Klesio Bauk "fərqlənib". O, 2020-ci il noyabrın 22-də "Zirə" - "Keşlə" görüşünün (3:1) 73-cü dəqiqəsində avtoqola üzülüb, 90+5-ci dəqiqdə isə qonaqları məyus edib.

Qeyd edək ki, "Sabah" - "Kəpəz" qarşılaşması 2:2 hesabı ilə başa çatıb.


Etiketlər:  Premyer Liqanın turu nadir hadisə ilə əlamətdar olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ