Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2024 21:54
Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ildə küçə etirazlarından sonra hakimiyyətə gəldikdən sonra ilk dəfə saqqalını qırxıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o müvafiq kadrları "Telegram" kanalında yayımlayıb. Paşinyan videonu "Salam, ağ saqqal", - yazaraq şərh edib.
Baş nazir niyə məhz indi təraş etmək qərarına gəldiyini açıqlamayıb.
Qeyd edək ki, saqqal müəyyən mənada 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyinin simvolu idi. Paşinyanın demək olar ki, bütün tərəfdaşları küçə etirazları zamanı və sonrasında saqqal saxlayıblar.