Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2024 20:14
"Liverpul"un hücumçusu Məhəmməd Salah müqaviləsinin başa çatması səbəbindən mövsümün sonunda İngiltərə komandasını tərk edə bilər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu yeni sözləşmə imzalamaq üçün klubun qarşısına şərtlər qoyub.
O, yalnız müqavilənin uzunmüddətli olacağı və məvacibinin artırılacağı təqdirdə İngiltərə təmsilçisində qalacaq.
Həmçinin misirli forvard "Liverpul"dan bonuslar da tələb edib.
Qeyd edək ki, bu mövsüm Salah bütün yarışlarda 17 matça çıxıb, 10 qol vurub, 10 qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalının yaydığı məlumata görə, Salahın transfer dəyəri 55 milyon avrodur.