Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2024 09:52
Rusiya hüquq-mühafizə orqanları qiyabi olaraq külli miqdarda dələduzluqda ittiham olunan Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvilini beynəlxalq axtarışa verib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, Moskva məhkəməsi onu qiyabi həbs edib.
D. Kezeraşvilinin nümayəndələri bu qərardan apellyasiya şikayəti verməyiblər və o, qanuni qüvvəyə minib.
Onun iki cinayət işi üzrə təqsirləndirilən şəxs olduğu və yenidən cinayət işi üzrə axtarış elan edildiyi deyilir.