Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makron ancaq belə Putinlə danışa bilər

Makron ancaq belə Putinlə danışa bilər

Tarix: 18 Noyabr 2024 18:46

Fransa prezidenti Emmanuel Makron "kontekst" uyğun gələrsə, rusiyalı həmkarı Vladimir Putinlə yenidən danışacağını istisna etməyib.

Sonxeber.net xəbər verir ki, bu barədə "BFM TV" məlumat yayıb.

Eyni zamanda qeyd olunur ki, Makronun sözlərinə görə, Rusiya Kiyevlə danışıqlara hazır deyil. Putinlə Almaniya kansleri Olaf Şulz arasında telefon danışığından sonra xarici media digər Avropa ölkələrinin liderlərinin də Berlindən nümunə götürə biləcəyini ehtimal edirdi. Moskva ilə münasibətlərin soyumasının mümkün olduğu da proqnozlaşdırılırdı.

Qeyd edək ki, Kreml Rusiyanın Ukrayna məsələsində bütün maraqlı tərəflərlə dialoq aparmağa həmişə hazır olduğunu vurğulayıb.


Etiketlər:  Makron ancaq belə Putinlə danışa bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ