Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2024 17:24
Hər kəsin "Şafa" stadionu kimi tanıdığı, indiki "ASK Arena"nın sökülüb və satılacağı barədə məlumatlar dolaşırdı.
Sonxeber.net bildirir ki, News24.az stadionun sahibi "Azərbaycan Sənaye Korporasiyası" ASC ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, heç bir satışdan və söküntüdən söhbət gedə bilməz. Stadion öz təyinatı üzrə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, stadion barəsində müxtəlif fikirlər irəli sürülürdü. Hətta stadionun sökülüb, yerində plazaların tikiləcəyi deyilirdi.
Hazırda "ASK Arena"da Azərbaycan Premyer Liqasında çıxış edən bəzi klubların əvəzedici komandaları və 1-2-ci Liqaların klublarının ev oyunları keçirilir.