Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boyalarını yeyən rəssam kim idi? - FOTOlar

Boyalarını yeyən rəssam kim idi? - FOTOlar

Tarix: 23 Noyabr 2024 14:24

Tarix göstərir ki, dünyaşöhrətli rəssamların əsərləri kimi həyatlarında da maraqlı faktlar olub.

Sonxeber.net qafqazinfo-ya istinadən məşhur hollandiyalı rəssam Vinset Van Qoqun həyatından bəzi maraqlı nüansları təqdim edir:

"Ulduzlu gecə", "Günəbaxan tabloları", "Yataq otağı" və s. kimi məşhur əsərlərin yaradıcısı olan Van Qoq boyalara olan sevgisini təkcə tabloda nümayiş etdirməyib.

Rəssamın emalatxanasındakı xidmətçilərin sözlərinə görə, o bəzi gecələr rəngli boyaları yeyir və ya yeməklərinə ədviyyat kimi əlavə edirmiş.

Vinset Van Qoq ölümündən 1 il öncə yekunlaşdırdığı "Ulduzlu gecə" əsərini (1889) Fransanın şərqində Saint-Remi şəhərində psixi klinikada müalicə alarkən çəkib.

Dünya rəsm tarixinə adı qızıl hərflərlə düşən bu tabloda rəssam novatorluğunu sərgiləyib. Belə ki, sözügedən əsərdə təbiətdə baş verməsi və görülməsi mümkün olmayan hadisəni, işıq və hərəkətin sintezini ortaya qoyub.

Van Qoq bir gün yaxın dostu Qauginlə mübahisə edir və bu zaman keçirdiyi psixi sarsıntının ardınca qulağından bir hissə kəsir. Sonralar rəssamın həmin qulağını sevdiyi xanıma bağışladığı öz təsdiqini tapır. Bu hadisənin ardınca Vinsetin psixi durumunun yerində olmadığı iddia olunur. Elə bu iddialara son qoymaq məqsədilə Van Qoq özünün yeni imicli (sarğılı qulaqlı) portretini ərsəyə gətirir.

Rəssam dövrümüzdə əsərləri ilə dünyada şöhrət qazansa da, həyatı boyu cəmi bircə əsərini satmağa nail olub.

Həmin tablo isə üzüm sahəsində şərab hazırlığı prosesini əks etdirən "Red Vineyard at Arles, Montmajour" (1888) əsəridir.


Etiketlər:  Boyalarını yeyən rəssam FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ