Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda əhali ticarət şəbəkələrində 16 milyard manatdan çox pul xərcləyib

Bakıda əhali ticarət şəbəkələrində 16 milyard manatdan çox pul xərcləyib

Tarix: 5 Dekabr 2019 09:40

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,4 faiz artaraq 16 milyard 929,3 milyon manat olub.

Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 7 milyard 748,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,9 faiz artaraq 9 milyard 181,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 28,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda əhali ticarət şəbəkələrində milyard manatdan çox xərcləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ