Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər Xalq artistinin mahnısını oğurlamaq istədi

Ermənilər Xalq artistinin mahnısını oğurlamaq istədi

Tarix: 27 Noyabr 2024 18:05

Məşhur Azərbaycan müğənnisi, Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi musiqisi Adil Gəraya və sözləri Əli Kərimə məxsus olan "Yar gəldi yar" mahnısının Youtube səhifəsində erməni musiqi nümunəsi kimi yerləşdirilməsi faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.

Bu barədə Sonxeber.net-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, Ş.Ələkbərovanın ifa etdiyi "Yar gəldi yar" mahnısı "Armenian Music, (Torkish languge) Music 15. (rare) Music 17. Şövkət Ələkbərova (rare)" "rekviziti" altında 2016-cı il 4 sentyabr tarixində Youtube-nin "BehrooZ Abshar" adlandırılan səhifəsində yerləşdirilib:

""Yar gəldi yar" mahnısı 1957-ci il 16 aprel tarixində Azərbaycanın Xalq artisti Səid Rüstəmovun dirijorluğu və Xalq çalğı ansamblı orkestrinin müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınmışdır. Səslənmə müddəti (xronometraj) 4.33 saniyədir. 13313 kod nömrəsi ilə AzTV-nin "Qızıl Fond"unda saxlanılır.

Məlumat üçün bildiririk ki, Ş.Ələkbərovanın Youtube-də əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən "Mikpro" MMC həyata keçirir. Buna görə də "Mikpro" MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan qeyd edilən video Youtube-nin "BehrooZ Abshar" səhifəsindən silinib.

Bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması Youtube rəhbərliyi tərəfindən öz təsdiqini tapmış və onun pozulmuş hüquqları bərpa edilib",- deyə qurumdan əlavə edilib.


Etiketlər:  Ermənilər Xalq artistinin mahnısını oğurlamaq istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ