Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə məni heyran etdi

Bu ölkə məni heyran etdi

Tarix: 29 Noyabr 2024 07:30

Gürcüstan hakimiyyətinin "Xarici təsirin şəffaflığı haqqında" qanunla bağlı öz mövqeyini müdafiə etməsində göstərdiyi cəsarət və xarakter Rusiya Prezidenti Vladimir Putini təəccübləndirib.

Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə Qazaxıstana səfərindən sonra mətbuat konfransı zamanı danışıb.

O qeyd edib ki, Gürcüstanda baş verən hər şeyə təəccüblə baxıb.

"Bizim Gürcüstan rəhbərliyi ilə heç bir münasibətimiz yoxdur. Onların öz nöqteyi-nəzərini müdafiə etmək üçün göstərdikləri cəsarət və xarakter məni sadəcə heyran etdi", - deyə dövlət başçısı bildirib.

Həmçinin Putin Qərbin keçmiş SSRİ ölkələrinin daxili siyasətinə müdaxiləsi ilə bağlı sualı cavablandırarkən deyib ki, kim ödəniş edirsə, musiqini o sifariş edir.

Dövlət başçısı qeyd edib ki, Qərb dövlətləri tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının (QHT-lərin) sayına baxsanız, mənzərə çox real görünür. Putin vurğulayıb ki, QHT üzvləri xarici ölkələrdən gələn pullarla keçmiş Sovet İttifaqı ölkələrində siyasi fəaliyyətdə iştirak edirlər.


Etiketlər:  ölkə məni heyran etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ