Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2024 07:16
Vətəndaşların vatsap hesabları oğurlanır, telefon kitabçalarında olan nömrələrə mesajlar göndərilir...
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, son vaxtlar vatsappda yeni dələduzluq növü yayılıb. Kiberdələduzlar artıq hesabı rahatlıqla oğurlaya bilərlər.
Hətta bəzi hallarda sizə kontaktınızda olan bir şəxsin nömrəsi ilə də yaza bilərlər. Bu sizdə inamı artırsa da, diqqətli olmalısınız.
Ekspertlər deyirlər ki, bütün hallarda sizə kimliyindən asılı olmayaraq hər hansı bir şəxs tərəfindən mənbəyi məlum olmayayan linklər göndərilsə, açmağa tələsməyin. Əks halda, kiberdələduzlar vatsap hesabınızı ələ keçirə bilərlər.
Ekspert Azər Əlili tövsiyə edir ki, mütləq qaydada ikili doğrulama funksiyası tətbiq edilməlidir. Bu halda votsapp və bənzəri messenger tətbiqlərinizin təhlükəsizliyi daha yaxşı qoruna bilər.
Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: