Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2024 13:40
İranın ictimai problemləri və hökumətin siyasəti ilə bağlı etiraz mahnıları ilə tanınan məşhur reper Tumac Salehi azadlığa çıxıb.
Sonxeber.net xəbər verir ki, "Azad İran" "Telegram" kanalı bu barədə İranın ədliyyə-məhkəmə sisteminə bağlı mətbuat orqanı "Mizan Online"a istinadla xəbər verib.
"Dövlət quruluşu əleyhinə təbliğat apardığına görə bir il həbs cəzasına məhkum edilən Tumac Salehi cəzasını çəkdikdən sonra azad edilib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, etirazçı reperə bundan əvvəl edam cəzası verilsə də, geniş etiraz dalğasından sonra onun ölüm hökmü ləğv olunub.