Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2024 17:22
Litva zərurət yaranacağı halda Gürcüstan Prezidenti Salome Zurabişviliyə siyasi sığınacaq verməyə hazırdır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Litva prezidentinin baş müşaviri Asta Skaysqirite danışıb.
"Təbii ki, Litva belə bir zərurət yarandığı halda Zurabişviliyə sığınacaq verərdi", - deyə müşavir qeyd edib.
Bununla belə, Skaysqiritenin sözlərinə görə, Gürcüstan prezidenti Tbilisidə öz xalqı ilə birlikdə olacağını bildirib.
Xatırladaq ki, Litva noyabrın 2-də Gürcüstanın hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının təsisçisi Bidzina İvanişvilinin və bir neçə yüksəkvəzifəli gürcü məmurun ölkəyə girişinə qadağa qoyub.
Onu da qeyd edək ki, dekabrın 14-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. S.Zurabişvilinin səlahiyyəti müddəti isə dekabrın 16-da başa çatır.