Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kürdəmirdə avtomobil “KamAZ”a çırpılıb - Ölən və yaralananlar var

Kürdəmirdə avtomobil “KamAZ”a çırpılıb - Ölən və yaralananlar var

Tarix: 5 Dekabr 2019 13:09

Bakı. Samir Əli - Trend:

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə royonun Sığırlı kəndi ərazisində, yolun 167,9-cu km-də qeydə alınıb.

Mingəçevir şəhər sakini, 2000-ci il təvəllüdlü Cabbarlı Ayxan Cəbi oğlunun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili Qaradağ rayon sakini 1974-cü il təvəllüdlü Şahverdiyev Bəxtiyar Əliosman oğlunun idarə etdiyi “Kamaz 55102” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza zamanı A.Cabbarlı və onun sərnişini Mingəçevir sakini 1990-cı il təvəllüdlü İsmayılova Könül Faiq qızı xəsarət alıb, digər sərnişin Mingəçevir şəhər sakini 1989-cu il təvəllüdlü Şıxıyev Rəşad Əlivan oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kürdəmirdə avtomobil KamAZa çırpılıb Ölən yaralananlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ