Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uzun müddətdir gözlənilən “Azərbaycan Atabəyləri” filminin təqtimatı keçirildi - FOTOlar

Uzun müddətdir gözlənilən “Azərbaycan Atabəyləri” filminin təqtimatı keçirildi - FOTOlar

Tarix: 4 Dekabr 2024 09:42

Bu gün Bakıda Heydər Əliyev Mərkəzində "Azərbaycan Atabəyləri" filminin qala gecəsi keçirilib.

Azərbaycan Televiziyası, "Şahdağfilm", qardaş Türkiyənin "İkinciYeniFilm", "Patik Prodüksiyon" və "Ernet Grup" prodakşnlarının birgə səyi ilə ərsəyə gələn bu filmdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş qismində yer alır.

Film orta əsrlərdə yaşamış Türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsindən bəhs edir. 

Filmin quruluşçu rejissoru özünün uğurlu işləri ilə tanınan Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüserlər İlqar Mehti, Sərvər Bayramov və qardaş Türkiyədən "İkinciYeniFimi" təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur. 

Orta əsr Azərbaycan tarixinin ən parlaq dövrlərini canlandıran bədii-sənədli filmdə dünyaşöhrətli döyüşçü Zabit Səmədov Şəmsəddin Eldəniz obrazını canlandırarkən İlqar Mehti isə Qara Sunqur kimi ekrana çıxır. Digər əsas rollarda isə xalq artisti Mehriban Zəki (Möminə Xatun), əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir Əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və ölkəmizin digər  sənətçilər yer alır.

Filmdə 100-dən çox aktyor müxtəlif epizodları canlandırıb, ümumilikdə isə çəkiliş prosesində 500 nəfərdən çox insan çalışıb.


Etiketlər:  Uzun müddətdir gözlənilən Azərbaycan Atabəyləri filminin təqtimatı keçirildi FOTOlar


RƏYLƏR