Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2024 11:30
Müğənni və aparıcı Murad Arif məhkəməsi davam edən Xalq artisti Ağadadaş Ağayevin müdafiə edib
Sonxeber.net xəbər verir ki, o, sənətçini qınayanlara etiraz edib:
"Ağadadaş Ağayev məsələsində aylardır xalqın kinayəli, nifrət dolu, qəddar şərhlərini izləyirəm. Videodakı adamın kimliyini kənara atıb, videoya bir daha baxsaq, iki qəzəbli kişinin davasını görərik. O qəzəbin səbəbi bir Allaha, bir də o iki kişiyə bəllidir.
Bilmirəm o hücum, yaxud müdafiə, yaxu da təhqir olunduğu üçün düşdüyü affekt halındakı sərt reaksiya idimi? Məhkəmə araşdırıb, qərar verər. Amma siz o videoda özünüzü, atanızı, qatdaşınızə, yaxud ərinizi də təsəvvür edə bilərsiniz.
"Xalqın təpkisi, xalqın qınağı, xalqın sənətçisi" sözləriylə günahlandırmağa tələsməyin. O, 40 ildir apardığı məclislər, kasetlər, disklər, mahnıları ilə xalqın sənətçisi olub. "Balta" insidentinə rəğmən, Ağadadaş Ağayevi bundan sonra da mahnılarını dinləyəcək, onunla bərabər oxuyub, qoşulub oynayacaqsınız.
Demirəm ki, yaxşı edib, deyirəm ki, hamınəzən başına gələ biləcək hadisədir. Qoy daşı günahsız olan atsın".
Xatırladaq ki, Ağadadaş Ağayev soyuq silah hesab olunan alətlə xuliqanlıq etməkdə ittiham olunur. Günahı sübuta yetirilsə, 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər.