Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüqar Həşimovun valideynlərinin son vəziyyəti

Vüqar Həşimovun valideynlərinin son vəziyyəti

Tarix: 4 Dekabr 2024 14:28

Abşeron rayonu, Novxanı bağlarında fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan mərhum şahmat ustası Vüqar Həşimovun valideynlərinin son durumu bəlli olub.

Sonxeber.net xəbər verir ki, bu barədə idman.biz-ə mərhum qrosmeysterin bacısı Samirə Allahverdiyeva məlumat verib.

O bildirib ki, valideynləri hələlik reanimasiyadadırlar:

"Atam müalicəsini Mərkəzi Neftçilər Xəstəxanasında davam etdirir. Hələlik əməliyyat olunmayacaq. Bunun həkim nəzarətində müəyyən mərhələlərdən keçdikdən sonra reallaşması gözlənilir. Lakin anam sabah əməliyyat ediləcək. O, "Yeni Klinika"da müalicə alır. Özləri ilə danışmışıq. Hər ikisinin vəziyyəti hazırda orta ağırdır".

Qeyd edək ki, Vüqar Həşimovun atası Qasım Həşimova hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, anası Aida Həşimovaya isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib.


Etiketlər:  Vüqar Həşimovun valideynlərinin vəziyyəti


RƏYLƏR