Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2024 10:12
"Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə KTMT ilə bağlı açıqlamaları ilə Sünik (Zəngəzur - red.) və Vayots Dzorun (Dərələyəz mahalı - red.) Azərbaycana təhvil veriləcəyini elan etmiş oldu".
Sonxeber.net xəbər verir ki, bu iddia ilə erməni ekspert Edqar Qazaryan deyib.
O, Paşinyanın son açıqlamalarının erməni xalqına mesaj olduğunu bildirib:
"Baş nazir Ermənistanın KTMT-yə dönüş yolunun artıq olmadığını dedi. Yəni Azərbaycanla hərbi qarşıdurma olarsa, bu təşkilata mütaciət etməyəcəyik. Çünki o, KTMT-nin buna mane olmayacağını deyib. 2024-cü ildə Rusiya hərbçiləri İrəvanın tələbi ilə Sünikdən çıxarıldı. Həmçinin Azərbaycanla sərhəddə yerləşən qoşunların 17 bazası da ləğv olunub. Bunların bəziləri Tiqaranaşen (Kərki-red.) yaxınlığında yerləşirdi".
Qazaryan xatırladıb ki, Ermənistan Rusiyaya Qafanda konsulluq açmağa icazə vermir. O bunu guya sözügedən "ərazilərin təhvilinə indidən şərait yaratmaq" kimi təqdim etməyə çalışıb.
"Paşinyanın son çıxışı məhz bunun elanı idi", - deyən E.Qazaryan dolayı yolla Ermənistanın təxribata hazırlaşdığını etiraf edib. /Globalinfo.az/