Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2024 20:18
"Hizbullah"ın baş katibi Nəim Qasım deyib ki, İrandan gələn maliyyə yardımı vasitəsilə Beyrutdakı evi tamamilə dağılan hər bir ailəyə ümumilikdə 14 min dollar veriləcək.
"Azad İran" "Telegram" kanalı bu barədə İran mətbuatına istinadən xəbər verib.
O, dünən axşam televiziyaya müsahibəsində bildirib ki, "Hizbullah" indiyə qədər zərər çəkmiş livanlı ailələrə 50 milyon dollar həcmində yardım edib.
Nəim Qasım "Hizbullah" üçün bu məbləğin 77 milyon dollar təşkil edəcəyinə görə İranın Ali Rəhbəri Əli Xameneiyə, İran Prezidenti Məsud Pezeşkian hökumətinə və SEPAH-a təşəkkür edib.