Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2024 08:26
İran bəzi diplomatlarını və hərbi müşavirlərini Suriyadan təxliyə etməyə başlayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "The New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.
İddialara görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəzi hərbçiləri artıq İraq və Livana təxliyə edilib.
"The New York Times"ın mənbələri iddia edir ki, bəzi iranlı diplomatlar və onların ailə üzvləri, eləcə də sıravi İran vətəndaşları Suriyanı tərk edib.
İnsanların bir qismi təyyarə ilə Tehrana, bir qismi isə quru yolu ilə Livan, İraq və Suriyanın Latakiya limanına göndərilib.