Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mövlud Çavuşoğlu: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun olaraq nizamlanmalıdır

Mövlud Çavuşoğlu: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun olaraq nizamlanmalıdır

Tarix: 5 Dekabr 2019 15:52

Bakı. Ləman Zeynalova - Trend:

Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun olaraq nizamlanmalıdır.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Slovakiyada ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında deyib.

O bildirib ki, dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır:

“Biz beynəlxalq hüquqa uyğun və ərazi bütövlüyü əsasında həll yolu tapmalıyıq. Türkiyə tezliklə ATƏT-in Əməkdaşlıq və Təhlükəsizlik Forumunun sədri olacaq və biz bütün üzv dövlətlərlə və təşkilatlarla əməkdaşlığa ümid edirik. Səmərəli fəaliyyət göstərən ATƏT bizi bu narahat zamanda daha yaxşı hiss etməyimizə kömək edəcək”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mövlud Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun olaraq nizamlanmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ