Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2024 18:50
Aparıcı Humay Muxtarovanın bloqer qızı Nuray əməliyyat olunub. Onun əməliyyatına səbəb burnuna etdiyi dolğulardan sonra səhhətində yaranan problem olub.
Sonxeber.net bildirir ki, Oxu.Az səhhəti ilə bağlı məlumat almaq üçün bloqer Nuray Muxtarova ilə əlaqə saxlayıb.
Saytımıza verdiyi açıqlamada Nuray Muxtarova bildirib ki, burnuna edilən dolğudan sonra qığırdağı çürüyüb:
"Mən dolğu prosesində daim bir xanımla əməkdaşlıq etmişəm. Onun dolğusundan dolayı heç vaxt problem yaşamamışam. İki il öncə burada bir kosmetoloq var idi, pul qarşılığında onu reklam etdim, elə burnumu da dedi ki, "gəl dolğu edək", burnuma dolğunu vurdu. Bundan sonra mən onun barəsində şikayətlər eşitdim. Məndə isə həmin zaman heç bir problem olmayıb. Sonradan həmin kosmetoloq xaricə köçdü. Həmin həkimin dolğu etdiyi başqa bir qızın da ayağı çürümüşdü.
Məndə problem olmadığına görə gedib yoxlanışdan keçmədim. Onun üzərindən 3-4 dəfə dolğu etdirmişəm. İndi nə bilim, hansı kosmetoloqun etdiyi dolğunun fəsadıdır. Mən heç bilmirdim ki, burnumda belə bir problem var. Boğazımda kista əmələ gəlmişdi, elə bilmişdim ki, zobdur. Həkimim dedi ki, "sənə təcili əməliyyat lazımdır, çünki sənin kanalın tıxanıb, sən nəfəs ala bilmirsən".
Əməliyyatda burnumu həkim açanda şoka düşüb. Burnumdan beynimə yeni kanal açılıb. Çirk beynimə yol edib. Burnumun qığırdağı çürüyüb. Hətta qabırğamdan qığırdaq götürüb burnuma qoymaq istəyiblər, anam icazə verməyib. Həkim 8 saat əməliyyat edib, iki dəfə narkoz almışam. Güclə təmizləyib, burnumu düzəldiblər, özümə gəlmişəm. Hazırda üzümdə şişkinliyim çoxdur. Baş ağrılarım olur. Bundan savayı vəziyyətim yaxşıdır. Həkimimdən çox razıyam ki, məni sağlamlığıma qovuşdurdu. Yoxsa mən ölə bilərdim. Həkimim 2 saatlıq əməliyyatı 8 saata bitirib".
N.Muxtarova burnunda yaranan problemdən dolayı heç kəsi günahlandıra bilməyəcəyini söyləyib:
"Burnumun bu vəziyyətdə olmasına görə heç kəsi günahlandıra bilmərəm. Həkimi bilsəm, anam başda gedər elə onu məhv edər. Burnuma dolğunu edən hər hansı bir həkimdə günah ola bilər, amma bunun hansı olduğunu bilmirik".
O öz tövsiyələrini verməyi də unutmayıb:
"İndi bloqerlər puldan ötrü hər şey edirlər. Mən şəxsən etmirəm. Həmin bloqerlərə tövsiyə edirəm ki, puldan ötrü hər kosmetoloqu reklam etməsinlər. Camaat yazıqdır. Gedərlər, zərər görərlər. Tanınan, bilinən, hansı ki, dövlət müəssisələrində işləyir, o həkimləri reklam etsinlər".
Qeyd edək ki, Nuray tanınmış aparıcı Humay Muxtarovanın qızıdır.