Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsəd Rusiyaya belə qaçıbmış... - Hamını aldadıb

Əsəd Rusiyaya belə qaçıbmış... - Hamını aldadıb

Tarix: 13 Dekabr 2024 22:00

Suriya Prezidenti Bəşər Əsədin ölkəni tərk etmək planlarını gizli saxladığı və qaçmazdan əvvəl rəsmiləri Rusiyanın yardım edəcəyinə əmin etdiyi iddia olunur.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

"Moskvaya qaçmasına bir neçə saat qalmış Əsəd şənbə günü Müdafiə Nazirliyində 30-a yaxın hərbi və təhlükəsizlik rəisləri ilə görüşdə Rusiyanın hərbi dəstəyinin yolda olduğuna inandırıb və quru qoşunlarını müqavimətə çağırıb", - deyə agentlik qeyd edib.

Bildirilir ki, o, qaçış planlarını uzun müddət gizlədib, hətta elit 4-cü zirehli diviziyanın komandiri kiçik qardaşı Maher Əsədə belə məlumat verməyib.

Əsədin köməkçisinin sözlərinə görə, o, şənbə günü prezident aparatının rəhbərinə işini bitirdikdən sonra evə getdiyini deyib, lakin hava limanına gedib.

Onun sözlərinə görə, Əsəd həmçinin media üzrə müşaviri Buthaina Şaabana zəng edib və ondan çıxış yazmaq üçün evinə gəlməsini istəyib. Müşavir isə evə gəldikdə heç kimin olmadığını görüb.

Üç keçmiş yaxın köməkçisi və yüksək rütbəli regional məmur Əsədin yaxın ailəsi, həyat yoldaşı Əsma və üç uşağının onu Moskvada gözlədiyini bildirib.

Məlumata görə, Əsəd evindən tələsik çıxıb. Onun evindən çəkilmiş videolarda ailə albomları, sobada qalan bişmiş yeməklər əksini tapıb.


Etiketlər:  Əsəd Rusiyaya belə qaçıbmış Hamını aldadıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ