Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Türkiyənin Suriyada nə işi var?” sualına belə cavab verdi

“Türkiyənin Suriyada nə işi var?” sualına belə cavab verdi

Tarix: 13 Dekabr 2024 22:22

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyənin Suriyada nə işi var?" sualına cavab verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Sakarya mitinqindəki çıxışı zamanı danışıb.

"İndi görürsən bəzi adamlar çıxıb orada-burada danışırlar. Nə deyirlər? "Türkiyənin Suriyada nə işi var?" Bunu deyəcək qədər öz tarixini bilməyənlərin, mədəni və sivil dəyərlərimizdən məhrum olanların bəziləri məlumatsızlıqdan bu sualı verdiyini görürük.

Əksəriyyətinin isə partiyadaxili hakimiyyət mübarizəsindən başlarını qaldırıb bir neçə sətir tarix oxumağa, bir-iki məqaləyə göz gəzdirməyə belə vaxtları yoxdur" , - Ərdoğan vurğulayıb

Birinci Dünya Müharibəsindən sonra bölgəmizdəki sərhədlərin yenidən müəyyən edilməsi zamanı şərtlər fərqli olsaydı, indi Hələb, İdlib, Həma, Dəməşq, Rakka adlandırdığımız şəhərlər elə bizim vilayətlərimiz olacaqdı".


Etiketlər:  Türkiyənin Suriyada işi sualına belə cavab verdi


RƏYLƏR