Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2024 09:00
Tayvan Çin Xalq Respublikasının ayrılmaz hissəsidir.
Sonxeber.net xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev danışıb:
"Tayvan ümumi Çin məkanının üzvi və ayrılmaz hissəsidir, Çin Xalq Respublikasının inzibati vahididir".
Noyabrda Tayvan İşləri İdarəsinin sözçüsü Çen Binhua bildirmişdi ki, Tayvanın ABŞ-ın dəstəyi ilə müstəqillik əldə etmək cəhdləri qaçılmaz olaraq acı sonluqla nəticələnəcək. /Demokrat.az