Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2024 08:22
Fransanın Dunkerk kommunasında atışmada təhlükəsizlik orqanlarının iki işçisi də daxil olmaqla dörd nəfər öldürülüb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, atışma nəticəsində ərazidə patrul xidmətini həyata keçirən iki təhlükəsizlik işçisi və iki miqrant həlak olub. Şübhəli şəxs jandarmaya özü gedib.
Onun dekabrın 14-dən əvvəl bu kommunada aşkar edilmiş başqa şəxsin ölümündə də iştirak etdiyi güman olunur.
Hadisənin səbəbləri barədə məlumat verilmir.