Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2024 09:10
Nəsimi rayonu, Mirqasımov 4 ünvanında yaşayan vətəndaşlar ərazidə söküntü aparan Mənzil-Tikinti Kooperativinin (MTK) təkliflərinə etiraz edirlər.
Sonxeber.net xəbər verir ki, şirkət onlarla heç bir razılaşma əldə etməyib və mülkiyyət hüquqlarına müdaxilə etmək istəyir. Onlar MTK-nın evlərindən çıxmaları üçün heç bir ədalətli təklif etmədiyini və bu məsələdə hüquqlarının pozulduğunu vurğulayırlar.
Şikayətçi Sevinc Zamanova şirkətin evlərindən çıxmaları üçün heç bir təklif etmədiyini qeyd edərək, "Hazırda bizim işimiz Konstitusiya Məhkəməsinə verilib.
"Gələn həftə icraata götürüləcək. Bizə bildirdilər ki, gəlirik sizin evinizi almağa. Dedik ki, sizin bizim evimizə girməyə ixtiyarınız yoxdur. Pul istəyirdik, dedilər ki, olmaz. Biz də onlarla razılaşdıq. Sonra da bildirdilər ki, sizin dediyinizi etmirik. Heç bir təklifimizi qəbul etmədilər", - deyə bildirib.
Sakinlər hələ də evlərindən çıxmaq niyyətində olmadıqlarını və MTK-nın təkliflərinə qarşı müqavimət göstərdiklərini bildiriblər.