Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2024 14:36
Rusiyanın "Volqaneft" tankeri Kerç boğazında fəlakətə uğrayıb.
Sonxeber.net xəbər verir ki, bu barədə təcili yardım xidmətləri məlumat verib.
Agentliyin həmsöhbəti bildirib ki, "fırtına şəraitində (4 ton mazut daşıyan) tankerin burun hissəsi qopub, 13 nəfərlik heyət gəminin arxa hissəsində yerləşir".
O əlavə edib ki, xəsarət alanlar barədə məlumat daxil olmayıb. Həmçinin mazutun dağılması barədə də məlumat yoxdur. Hadisə sahildən 8 km məsafədə baş verib.
Regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib ki, gəmi heyətinin köməyinə Rusiyanın FHN-nin Mi-8 helikopteri göndərilib./report.az