Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2024 15:40
Aparıcı Mətanət Əliverdiyevanın adından dələduzluq edilib.
Sonxeber.net xəbər verir ki, bu haqda aparıcı özü məlumat yayıb. O bildirib ki, tanımadığı şəxs onun dostlarına vatsap vasitəsi ilə yazıb pul istəyir.
Əliverdiyeva dostlarına xəbərdarlıq edərək "Mənim adımdan kimsə pul yığır. Vatsap və instaqramdan yazırlar, heç kim inanmasın" sözlərini yazıb. Aparıcı həmin şəxsin mobil nömrəsini də bölüşüb.
Qeyd edək ki, bundan əvvəl rəqqasə Rəna Ağamuradova (Renka) və aktrisa Pərvin Abıyevanın da başına bənzər hadisə gəlib. /Axşam.az