Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İlk dəfədir ki, kiminsə kreslosundan yapışdığını görürəm”

“İlk dəfədir ki, kiminsə kreslosundan yapışdığını görürəm”

Tarix: 19 Dekabr 2024 08:20

Gürcüstanın keçmiş Prezidenti Salome Zurabişvili Avropa Parlamenti qarşısında ölkədə baş verən aktual hadisələrlə bağlı çıxış edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Baş nazir İrakli Kobaxidze Zurabişvilinin bəyanatlarının absurd olduğunu deyib.

"İlk dəfədir ki, bir adamın öz kreslosundan necə yapışdığını görürəm. O, öz vəzifəsi ilə vidalaşmaq istəmir, ona görə də çox ağır emosional vəziyyətdədir", - deyə Kobaxidze bildirib.

Xatırladaq ki, Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da, ölkənin yeni prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi günü başa çatır.

Daha əvvəl də Zurabişvili vəzifəsini tərk etməyəcəyini açıqlamışdı.


Etiketlər:  İlk dəfədir kiminsə kreslosundan yapışdığını görürəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ