Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2024 00:50
Türkiyənin Manisa şəhərinin Yunusemre rayonunda boşanma prosesində olduğu həyat yoldaşı Selda Elleri öldürən Gökhan Eller ilk iclasda hadisənin qandonduran təfərrüatını açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs arvadını oğlunun şalvarı ilə boğduğunu etiraf edib.
Bələdiyyə işçisi Gökhan Eller və gözəllik salonu işlədən Selda Eller razılıq əsasında boşanmağa qərar veriblər. Selda Eller ərinə telefonla zəng edərək əşyalarını götürməsini istəyib. Gökhan Eller evə gedib, mübahisə zamanı arvadını boğaraq öldürüb. Daha sonra polisə gedərək təslim olub və qətli etiraf edib. O, ilkin ifadəsində həyat yoldaşını oğlunun şalvarı ilə boğduğunu deyib.