Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2024 08:50
Tibbi helikopterlə xəstəxanaya yerləşdirilən məşhur müğənni Ferdi Tayfurdan xəbər var.
Sonxeber.net xəbər verir ki, sənətçinin müalicə aldığı xəstəxanadan görüntüləri yayılıb. İfaçının həkimi qeyd edib ki, hazırda onun səhhəti yaxşılaşmağa doğrudur.
"Onun vəziyyəti yaxşıdır. Beynində heç bir problem yoxdur. Allah sizə daha da can sağlığı versin" - deyə həkim qeyd edib.
Xatırladaq ki, iki gün əvvəl Ferdi Tayfurun səhhəti ağırlaşıb. Sənətçi təcili olaraq Muğlanın Menteşe bölgəsindən tibbi helikopterlə Antalyaya aparılıb.
O reanimasiyaya yerləşdirilib. /baku.ws