Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi bu kluba transfer olacaq

Messi bu kluba transfer olacaq

Tarix: 20 Dekabr 2024 13:22

Lionel Messi İngiltərənin "Mançester Siti" klubuna keçə bilər.

Sonxeber.net xəbər verir ki, "İnter Mayami"nin hücumçusu Messi mövsümün sonuna qədər icarəyə götürülməsi üçün "Siti"nin baş məşqçisi Xose Qvardiola tərəfindən maraqla izlənilir.

Qvardiola komandasının performansını yaxşılaşdırmaq məqsədilə Messinin transferinə böyük önəm verir. "İnter Mayami"nin sahibi Devid Bekhem də, Messi razı olarsa, onu buraxmağa hazır olduğunu bildirib.

Xatırladaq ki, Messi 2023-cü ilin yayında azad agent kimi Fransa PSJ-sindən "İnter Mayami"yə keçib və bu müddətdə 39 oyun keçirərək, 34 qol vurub və 19 məhsuldar ötürmə edib.


Etiketlər:  Messi kluba transfer olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ