Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda toy mərasimi zamanı partlayış olub: 11 ölü, 34 yaralı

İranda toy mərasimi zamanı partlayış olub: 11 ölü, 34 yaralı

Tarix: 6 Dekabr 2019 04:52

Bakı. Trend:

İranın Saqqız şəhərində (Kürdüstan əyaləti) toy mərasimində partlayış baş verib.

Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 11 nəfər həlak olub, 34 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

Partlayışa səbəb kimi qaz balonunun partlaması göstərilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İranda mərasimi zamanı partlayış olub ölü yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ