Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ofeliya Sənanidən xəbər var

Ofeliya Sənanidən xəbər var

Tarix: 21 Dekabr 2024 13:54

Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.

Mərkəzdən verilən məlumata görə, onun müalicəsi Terapiya şöbəsində davam etdirilir.

Hazırda vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Qeyd edək ki, "16 dekabr 2024-cü il tarixində, gecə saat 01:30-da, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nəsimi rayonu ərazisindən çağırış daxil olub. Çağırış əsasında 83 yaşlı Xalq artisti Ofeliya Sənani ağciyər ödəmi diaqnozu ilə Xətai Tibb Mərkəzinə təxliyə edilib. Xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. /Lent.az


Etiketlər:  Ofeliya Sənanidən xəbər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ