Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sutkada 8 saat yatmayan 20 ilə bu hala qalacaq - FOTO

Sutkada 8 saat yatmayan 20 ilə bu hala qalacaq - FOTO

Tarix: 22 Dekabr 2024 05:06

Somnoloqlar gecə yuxusu almayan, sutkada 8 saat yatmayan insanın xarici görünüşü və bədəninin 20 il ərzində necə bərbad hala düşməsinin modelini hazırlayıblar.

Sonxeber.net xəbər verir ki, statistika göstərir ki, insanlar yuxuda cəmi 4-5 saat vaxt keçirir, müasir gənclik gecə 2-dən sonra yatağa gedir.

Belə gecə istirahətində beyin və bədən bərpa olmağa vaxt tapmır, resursunu itirir. Xarici görünüş və dəri sıradan çıxır.

Britaniyalı somnoloq Sofi Bostok gələcək zumer və millenialların 20 il sonra necə görünəcəyini kompüter modeli ilə göstərib.

Bu qadındır, Hanna karyeristdir, o, gecələr saat 2-də yatır və səhər tezdən işə gedir. Yuxu onun üçün vaxt itkisidir. 20 il sonra onun bədəni yuxu çatışmazlığından, xroniki stressdən bu vəziyyətə düşəcək. Belə ki, Hannanın qaməti əyilib, saçları, dərisi quru, zəifdir, gözlərinin altı torbalanıb, keçəlləşmə yaranıb.

İnsanlar çox vaxt gələcəyi görə bilmir, amma əgər siz yatmırsızsa, 20 ilə bu görünüşə sahib olacaqsınız və bu hamısı deyil: xroniki yuxusuzluq beyinin, ürəyin işini də pozacaq. /Medicina.az


Etiketlər:  Sutkada saat yatmayan ilə hala qalacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ